20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir

20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar məktəbimizdə bir sıra tədbirlər həyata keçiriidi. “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda divar qəzetləri, bülletenlər, foto-stendlər hazırlandı, eyni zamanda faciəni əks etdirən rəsm sərgisi də keçirildi.
5d sinif rəhbəri tarix muəllimi Yeganə Kərimovanın iştirakı ilə şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmiş, vətən uğrunda qəhramancasına canlarından keçən şəhidlərimizin ruhunu yad edərək məzarları önünə qərənfillər düzülmüşdü.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsi barədə şagirdləri geniş məlumatlandırmaq, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarını yad etmək, gənclərdə və yeniyetmələrdə vətənpərvərlik hissini yüksəltmək məqsədilə bu gün siniflərdə xüsusi dərslər və məşğələlər keçirildi. 3ç sinfində təşkil edilmiş dərs məzmun etibarilə daha geniş və əhatəli olması ilə diqqəti cəlb etdi.
6a sinif şagirdləri tarix dərsində "20 -Yanvar şəhidləri"ni qürurla andılar. Sinif rəhbəri məktəbimizn tarix müəllimi Nəzakət Sədirovanın dəstəyi ilə təşkil olunan bu dərsdə şagirdlər vətənin azadlığı uğrunda canlarını qurban edən şəhidlərə həsr etdikləri təqdimatlarla çıxış etdilər. Onlar bu qəhrəmanları heç bir zaman unutmayacaqlarına and içdilər.
20 yanvar faciəsinin 28-ci ildönümü münasibəti ilə hazırlanmış ədəbi-bədii kompozisiya akt zalında məktəblilərə təqdim edildi.