31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olundu

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasıbətilə məktəbin riyaziyyat müəllimi Rəna İbrahımovanın təşkilatçılığı ilə 6ç sinif şagirdləri arasında Riyazi viktorina keçirildi. Şagirdlər 4 komandaya - “Tusi”, “Evklid”, “Qauss”, “Pifaqor” komandalarına bölünmüşdü. Yarışda şagirdlər riyazi biliklərlə yanaşı, məntiqi və əyləncəli riyaziyyat sahəsində bacarıqlarını nümayiş etdirdilər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə 8ç sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada 10h sinif şagirdi Zeynəb Əliyeva hazırladığı təqdimatla çıxış etdi. 8ç sinif şagirdləri Ləman Əliyeva və Nərmin İsmayılova da bayram günü ilə bağlı çıxışlar etdilər. Onlar bu bayramın yaranma tarixi barədə məlumat verərək, dünya azərbaycanlılarını həmrəy olmağa çağırdilar
Şagirdlər arasında "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" münasibəti ilə keçirilən rəsm müsabiqəsinə yekun vuruldu. Müsabiqə ibtidai və əsas təhsil pilləsində oxuyan şagirdlər arasında keçirilirdi. Müsabiqəyə təqdim olunmuş rəsm işlərindən ibarət sərgiyə uşaqlar böyük həvəs və maraq göstərdilər. Məktəbin hər iki korpusunda sərgilənən rəsm işləri sonda münsiflər heyəti tərəfindən qiymətləndirilidi və qaliblərə təşəkkürnamələr təqdim olundu.
Məktəbimizin ingilis dili müəllimi Sima Həsənova və 7c sinif şagirdlərinin iştirakı ilə “Yeni il” tədbiri hazırlanmışdı. Tədbirdə şagirdlər ingilis dilində müxtəlif mahnıları ifa etdilər. İngilis dilində olan səhnəciklərdə şagirdlərin çıxışlarını izləyənlər gözəl çıxışlardan məmnun qaldılar.
Şagirdlər qonaqları və müəllimləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etdilər.