Torpaq – uğrunda ölən varsa, Vətəndir

    Bu gün məktəbimizin  qürurla adını daşıdığı şəhid  Namıq Həmzəyevin doğum günü qeyd edildi. 5d sinif şagirdlərinin iştirakı ilə hazırlanmış anım tədbiri  şəhidin məktəbin həyətində ucaldılmış abidəsi önünə tər qərənfillər qoyulması ilə başladı. Şagirdlər qəhrəmanın həyat yolundan söhbət açaraq ona həsr olunan şeirlər söyləyib, vətənpərvərlik ruhunda olan mahnılar ifa etdilər. Onlar Vətən uğrunda ölənlərin heç bir zaman unudulmayacağını vurğuladılar. 
    Şəhid N.Həmzəyevin  anası Xətayə ana şagirdlərin çıxışından qəhərlənərək, oğlu ilə  qürur duyduğunu dilə gətirdi.  

    Tədbirin sonunda məktəbin direktoru İlqar Talıbov çıxış edərək bildirdi ki, tarix boyunca şəhidlik  xalqımızın mənliyində yaşayan  yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaş borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi