Məktəblilər arasında stolüstü tennis üzrə yarış

    Paytaxt üzrə ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında stolüstü tennis üzrə Bakı şəhər birinciliyi təşkil edilib.       

    Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilib.

    BŞTİ-nin tabeliyindəki 258 nömrəli tam orta məktəbdə təşkil olunan birinciliyin final mərhələsində 8 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində komandamızı   4a sinif şagirdi  Hacılı Rüstəm, 6b sinif şagirdi Hüseynli Seyfəli, 7b sinif şagirdi  Əbilzadə Xədicə, 9b sinif şagirdi  Abbasov Rəvan, 9ç sinif şagirdi Babayeva Ləman9ç sinif şagirdi  Əliyeva Aygül təmsil edirdi.

    Yarışın nəticələrinə əsasən məktəbimizin komandası I yerə layiq görülüb. Qalib komandaların üzvləri müvafiq dərəcəli diplom və medalla təltif edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi