Könüldən könülə süzülən yollar

XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqifin 300 illik yubileyi dekabrın 15-də məktəbimizdə böyük təntənə ilə qeyd edildi. Məktəbin İstedadlı şagirdləri tərəfindən Vaqifin şifahi xalq poeziyasına yaxın şeirləri səsləndirildi, sözlərinə bəstələnmiş mahnılar ifa edildi. Gözəl rəqsləri ilə tamaşaçılara xoş ovqat bəxş edən rəqqasə şagirdlərimiz profesionalizm nümayiş etdirdilər. 6-cı sinif şagirdi Rəsulun "Qarabağ şikəstəsi" isə sözün əsil mənasında zalda əyləşən hər kəsi cuşa gətirdi