İlk Veb – konfrans

13.12.2017-ci il tarixdə 238 nömrəli tam orta məktəbdə Təhsil İnstitutunun təşəbbüsü ilə ilk Veb-Konfrans baş tutdu. Konfrans iki mərkəzdən-238 nömrəli tam orta məktəb və Təhsil İnstitutundan idarə olunurdu. Məqsəd təhsil işçiləri üçün maraqlı mövzuların distant formada öyrənilməsi, maarifləndirmə işlərinin aparılması idi. Konfransın bugünkü mövzusu "Təlim prosesində mənimsəmə və onun mərhələləri" idi. Mövzunu Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov təqdim etdi. Distant təqdimat bitdikdən sonra mövzu ilə bağlı müzakirələrə keçildi. Təhsil İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin əməkdaşlarının, Zəngi liseyinin, Bakının 164, 168, 245, 246, 314 nömrəli məktəblərinin rəhbərləri və qabaqcıl müəllimlərinin iştirakı ilə mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparıldı.
İlk dəfə baş tutan Veb - konfransın sonunda iştirakçıların yekdil qənaəti isə bu oldu ki, maarifləndirmə fəaliyyətlərinin səmərəliliyinin artırılması üçün təhsil müəssisələri arasında distant maarifləndirmə əlaqələri qabaqcıl təcrübə kimi yayılsın.