Ulu öndər Heydər Əliyevin anım günü

   

    Dekabrın 12-də məktəbimizdə  xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Anım günündə   ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlqar Talıbov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on dörd  il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib. İ.Talıbov öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq, bu gün qədirbilən xalqımızın demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etdiyini, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratdığını, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olduğunu xüsusilə vurğulayıb.

    Sonra söz şagirdlərə verilib. Anım tədbirinin  sonunda məktəblilər bu gün onlara əmanət olunan müstəqil, qüdrətli Azərbaycanı H.Əliyevin şah əsəri olaraq qoruyub, daha da inkişaf etdirəcəklərinə and içiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi