“İngilis dilini öyrənənlər üçün” adlı kitabın təqdimatı oldu

Bu gün məktəbin ingilis dili müəllimi Solmaz Məmmədovanın “İngilis dilini öyrənənlər üçün” adlı  tədris vəsaitinin təqdimatı keçirildi. Təqdimatda məktəb rəhbərliyi, xarici dillər üzrə fənn metodbirləşmə üzvləri iştirak etdilər.

Müəllif  S.Məmmədova İngilis dilini öyrənmək istəyənlər üçün  bu kitabın əhəmiyyətindən danışdı. O, bildirdi ki, kitabda qrammatik qaydalar və tapşırıqlar, həmin qaydaları özündə əks etdirən müxtəlif səpkili krassvordlar verilib. Vəsaitdə  qrammatik qaydalar sadə və anlaşıqlı bir tərzdə izah edilir və tapşırqlar vasitəsilə möhkəmləndirilir. S.Məmmədova təqdimatdan sonra  kitabın ilk nümunələrini həmkarlarına hədiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi