Gəncə və Şəmkir şəhərlərində rus dili müəllimlərinin seminarı keçirildi

21-22 noyabr tarixlərində  Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin dəstəyi ilə  Gəncə və Şəmkir şəhərlərində  Azərbaycanın qərb regionunun rus dili müəllimləri üçün seminar keçirildi. Seminarda ətraf rayonlardan  rus dili fənnini tədris edən 200-dən artıq müəllim iştirak etmişdi. Seminarı məktəbimizin rus dili müəllimi Dilbər Məmmədova və Bakı Avropa liseyinin rus dili və ədəbiyyatı müəllimi Səbinə Cəfərova keçirdilər. 

Seminarda RİMM-in direktoru Valentin Denisov, Respublikanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina və Azərbaycanda Rusiya Ali Məktəblərinin Məzunlar Assosiasiyasının sədri Üzeyir Əliyev çıxış edərək rus dili fənninin  tədrisində  keyfiyyətinin yaxşılaşdırılması üçün  belə seminarların keçirilməsinin əhəmiyyətindən danışdılar.   

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi