IX siniflərdə sınaq imtahanı – monitorinq keçirildi

25 noyabrda məktəbimizdə IX sinif şagirdləri üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilmiş Azərbaycan dili və riyaziyyat fənləri üzrə sınaq imtahanı - monitorinq keçirildi. Monitorinqin məqsədi IX siniflərdə real vəziyyəti müəyyənləşdirməklə fəaliyyətin daha səmərəli təşkil edilməsi idi. Sınaq imtahanında şagirdlərə hər fənn üzrə sayı 30 olmaqla qapalı test tapşırığı təklif olunmuşdu. Şagirdlər 120 dəqiqə (30 dəqiqə ilk hazırlıq, 90 dəqiqə imtahan ) ərzində sualları cavablandırdılar. Yüksək təşkilatçılıq və şəffaf şəkildə keçirilən imtahan saat 12.00-da başa çatdı.
Cavab kartlarının tamamilə düzgün və tam doldurulduğuna əmin olduqdan sonra təşkilat komitəsinin üzvlərinə təhvil veridi.