“QARABAĞDA DALĞALAN, BAYRAĞIM!” adlı ədəbi - bədii gecə keçirildi

Noyabrın 7-də “Bayraq günü” münasibəti ilə məktəbimizin 3ç sinif şagirdləri “Qarabağda dalğalan, bayrağım” adlı ədəbi - bədii gecə hazırlamışdılar. Gecədə şagirdlər Azərbaycanın dövlət rəmzləri haqqında geniş məlumat verib, hazırladıqları rəqs və musiqi nömrələri ilə qonaqlara əsl bayram sevinci yaşatdılar. Balaca Əsgərlər hazırladıqları döyüş səhnələrində Azərbaycanın Şanlı Ordusunda igid əsgərlərimizin olduğunu nümayış etdirdilər. Ali Baş Komandan İlham Əliyevin söylədiyi “Lələtəpə əməliyyatı bizim qəhrəmanliq rəmzimizdir və tarixə düşdü” ifadəsindəki kimi qəhrəmanlığı bizə yaşadan, aprel döyüşləri zamanı üçrəngli bayrağımızı Lələtəpə zirvəsinə sancan qəhərmanlarımızdan Asim Əliev və Vüsal Paşazadə də bugünkü tədbirimizdə iştirak edirdilər. Onlar öz qəhrəmanliq yollarından danışaraq üçrəngli bayrağımızı doğma Qarabağda asmağa hazir olduqlarını söylədilər. Həmçinin tədbirimizə Qarabağ müharibəsi veteranı, II qrup əlil Kamıl Fərzəliyev də dəvət olunmuşdu. Sonda qəhrəman döyüşçülərimiz 2016-cı ilin aprel döyüşlərində rəşadətli Azərbaycan Ordusunun igidliklərini əks etdirən “Lələtəpə fatehləri” adlı kitabı məktəb kitabxanasına hədiyyə etdilər.