“ELM BIZƏ NƏ ÖYRƏDİR” mövzusunda dəyirmi masa keçirildi

“Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq noyabrın 1-də məktəbimizdə 7-ci sinif şagirdlərinin iştirakı ilə “ELM BIZƏ NƏ ÖYRƏDİR?” mövzusunda dəyirmi masa keçirildi. Şagirdlər elmin insanların həyatında rolunu, muxtəlif elm sahələrinin əhəmiyyətini, İslam dinində elmə verilən yüksək qiymətdən danışdılar. Diskussiya şəklində keçən dəyirmi masada iştirakçılar bütün şagirdləri elmli və savadlı olmağa səslədilər. Dəyirmi masanın sonunda biologiya müəllimi İradə Pirverdiyeva çıxış edərək bildirdi ki, elm həm də dünyagörüşüdür, insanı yüksəldən mənəvi ucalıqdır. İnsan yalnız elmi, bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər.