“NAR” HOLIDAY

11 noyabr 2015-ci il tarixdə məktəbimizdə "Nar Bayramı" adlı tədbir keçirildi. Tədbirin təşkilatçısı məktəbin ingilis dili müəllimi “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Solmaz Mərdanqızı bildirdi ki, tədbiri keçirtməkdə məqsəd son illər Goyçay rayonunda kecirilən Nar Bayramınnın rəngarəngliyini, gözəlliyini tamaşaçılara çatdırmaq və bu gözəlliyi məktəbimizdə yaşatmaqdır. Tədbir iki dildə - doğma Azərbaycan və ingilis dillərində təqdim olundu. Tədbirin sonunda Solmaz Mərdanqızının yenicə çapdan çıxmış "Ingilis dilini öyrənənlər üçün" tədris vəsaitinin təqdimatı oldu. Kitab 304 səhifədən, 4 rəngdən və 3 hissədən ibarətdir. Kitab ingilis dilini öyrənənlər üçün çox faydalıdır və çox asan dildə izah olunub. Sonda məktəbin direktoru Ilqar Talıbov, “Kovsər” Nəşriyyatının direktoru Xəlil Həsənoğlu və 7 və 8- ci sinif ingilis dili dərsliyinin müəllifi Qıztamam Quliyeva çıxış edərək tədbir haqqında təəssüratlarını bölüşdülər və yeni kitabın müəllifi Solmaz Mərdanqızını təbrik etdilər. Tədbir “Nar” sərgisi ilə sona çatdı.