ONLINE SINAQ YOXLAMALARI KEÇİRİLDİ

2017-2018-ci tədris ilinin “ Təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Nazirliyinin 28 avqust 2017-cil tarixli 261 nömrəli əmrinə uyğun olaraq fəaliyyət planında nəzərdə tutulmuş işlərin həyata keçirilməsinə başlanılmışdır. Plana uyğun olaraq buraxılış imtahanlarının nəticələrinə görə qeyri- müvəffəq nəticə göstərən şagirdlərin uğursuzluqlarının səbəbləri aydınlaşdırılmış, təhlillər aparılmışdır. Cari tədris ilində buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin imtahan fənləri üzrə bilik və bacarıqlarının standartlar üzrə diaqnostik qiymətləndirilməsi işinə start verilmişdir. Şagirdlər üçün Online sınaq yoxlamaları keçirilmiş, nəticələr təhlil edilmiş və nəticələri zəif olan şagirdlər üçün imtahan fənlərindən əlavə məşğələlərin qrafikləri tərtib edilmişdir.İmtahan stresinin idarə edilməsi, özünü motivasiya etmə üsulları, effektiv dərs çalışma metodları, sağlam qidalanma və s. mövzularda məktəb psixoloqunun görüş və məsləhət saatları təşkil olunmuşdur. Hazırda digər siniflərdə də şagirdlərin təlim nailiyyətləri araşdırılır, təhlillər aparılır. Ümumiyyətlə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün zəruri fəaliyyətlər davam etdiriləcəkdir.