Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə  həsr olunmuş tədbir keçirildi

18 oktyabrda məktəbin foyesində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə  həsr olunmuş tədbir keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən məktəbin direktoru Talıbov İlqar bildirib ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Biz bu gün qurur hissi ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Cününü qeyd edirik. Tədbir bayram konserti ilə sona çatdı. Bayramınız mübarək !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi