3A SİNİFİ DÖVLƏT BAYRAĞI MUZEYİNDƏ

7 noyabr 2015-ci il tarixdə 3a sinif şagirdlərinin iştirakı ilə Dövlət Bayrağı Müzeyində 9 Noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı tədbir keçirildi. Tamaşaçılar arasında muzeyin əməkdaşları, valideynlər və məktəbimizin müəllimləri var idi. Tədbirdə məktəblilər ay-ulduzlu, üçrəngli bayrağımızın yaranma tarixindən, bu günündən söhbət açdılar. Onlar vətənə, bayrağa olan məhəbbətlərini öz şeirlərində, mahnılarında, rəqslərində və səhnəciklərində dilə gətirdilər. Balaca məktəblilərin rəngarəng ifaları tamaşaçıların böyük marağına səbəb oldu. Tədbirin sonunda muzey rəhbəri Könül xanım sinif müəlliminə və şagirdlərə minnətdarlıq edərək, məktəb rəhbərliyinə təşəkkür məktubu imzaladı. Sonda xatirə şəkli çəkdirildi.