"TƏRƏQQİ" MEDALI

Azərbaycan Respublikası Prezidentinin 02 oktyabr 2015-ci il tarixli sərancamına əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif edilmişdir: Çox sevindiricidir ki, məktəbimizdə hər zaman uğurları ilə seçilən, sinif müəllimi İradə Bayramova da təltif olunanalar arasındadır. Oktyabrın 29-da Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.Mərasimdən öncə təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təltif olunmuş müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir qrup təhsil işçisinin peşə bayramı ərəfəsində təltif edildiyini nəzərə çatdırıb. Nazir Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri ad və medallara layiq görülmüş təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirib.Çıxışının sonunda təltif olunan təhsil işçilərini təbrik edən təhsil naziri onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.Sonra təltif olunan təhsil işçilərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi