Məktəbəhazırlıq qruplarında məşgələlərə start verildi

Artıq oktyabrın 2-dən məktəbimizdə məktəbəhazırlıq qruplarının fəaliyyətinə start verilmişdir. Cari ildə məktəbimizdə dörd sinifdə 102 nəfər beşyaşlı təhsil alacaqdır. Onların dərsləri ilə müvafiq təlimlərdən keçmiş müəllimlər məşğul olacaqdır. Tədrisin keyfiyyətli təşkili üçün sinif otaqlarında lazımi şərait yaradılmış, otaqlar İKT vasitələri ilə təhciz edilmişdir. Hər bir şagird pulsuz dərslik komplekti ilə təmin edilmişdir. Balaca dostlarımıza uğurlar arzulayırıq!