"RƏQƏMLƏRİN BAYRAMI"

4 noyabr 2015-ci ildə məktəbimizdə 1d sinif şagirdlərinin iştirakı ilə "RƏQƏMLƏRİN BAYRAMI" adlı tədbir keçirildi. Tədbirdə I sinif şagirdləri böyük həvəslə rəqəmlər haqqında sanamalar, tapmacalar, atalar sözləri, şeirlər söylədilər. Balaca məktəblilərin ifa etdikləri musiqi nömrələri və rəqsləri tamaşaçıların böyük marağına səbəb oldu. Birincilər öz ana dlimizlə bərabər ingilis və rus dilində də rəqəmlər haqqına çıxışlar etdilər. Tədbirdə məktəbin direktoru İlqar Talıbov sinif müəllimi Şəlalə Babayevanı və kiçik məktəbliləri təbrik edərək uğurlar arzuladı. Tədbirin sonunda tamaşaçılar birincilərin hazırladıqları “ Mənim Rəqəmlərim” adlı sərgi ilə tanış olduıar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi