"BAYRAĞIM MƏNİM, QÜRURUM MƏNİM"

30 oktyabr 2015-ci il tarixində məktəbimizin 2a sinif şagirdləri Dövlət Bayrağı Meydanında ekskursiyada olmuşdular. Sinif müəllimi Güləbətin Tagıyeva bildirdi ki, bu ekskursiyanı təşkil etməkdə əsas məqsəd şagirdləri Bayraq muzeyində müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları ilə tanış etməkdir. Muzeydə olan poçt markaları, pul nişanlarının nümunələri, orden və medallar şagirdlərin marağına səbəb oldu. Muzeydə sərgi stendlərində Heydər Əliyevin və İlham Əliyev Prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri şagirdlərin diqqətindən qaçmadı. Müzeylə tanışlıq başa çatdıqdan sonra şagirdlər bayraq haqqında öyrəndikləri şeirləri və məlumatları söylədilər. Balaca məktəblilərin bayraq göstərisi müzey işçiləri tərəfindən alqışlandı.Sonda xatirə şəkli çəkildi.