15 sentyabr - "Bilik Günü" qeyd edildi

Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təhsil sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür. Məktəbimizdə də “Bilik Günü” təntənəli şəkildə qeyd edildi. Məktəbin direktoru Talıbov İlqar “Bilik Günü” münasibətilə birinciləri və şagirdləri təbrik etdi. İlqar müəllim Təhsil naziri Mikayıl Cabbarovun ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmrini tədbir iştirakçılarının nəzərinə çatdıraraq bildirdi ki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz Rzayev də iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi