KİÇİK AKADEMİYANIN II ŞAGİRD ELMİ KONFRANSI KEÇİRİLDİ

Müasir dövrdə həm istedadlı şagirdlərin üzə çıxarılması, həm də onların yaradıcı potensialının inkişafı ilə bağlı elmi-təcürbi, ellmi-metodiki konfrans seminarların təşkili , tanınmış alim və mütəxəsislər tərəfindən xüsusi istedadı ilə fərqlənən uşaqların elmi himayəyə götürülməsi olduqca vacib olduğu qədər də önəmlidir.21 iyunda məktəbimizdə Kiçik Akademiyanın II ŞAGİRD ELMİ KONFRANSI keçirildi. Konfransa təqdim olunan 54 elmi iş münsiflər tərəfindən dinlənildi və qaliblər müəyyən edildi. Konfransın işində Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi və mərkəzin əməkdaşları, Təhsil İnstitutunun əməkdaşı Ülya Şirinzadə, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli, Azərbaycan İnşaat Mühəndislər Universitetinin müəllimi Afət Xəlilova, "İnterenerqo" Şirkətinin əməkdaşı Zemfira Hacızadə, Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları - Günel Bahəddinova, Əminə Hümbətova, Elnur Məmmədov, Mustafa bəy Topçubaşovun nəvəsi Fikrət Topçubaşov, Zəngi liseyinin direktor müavinləri Rəfiyyə Cəbrayılova, Gülnarə Səfərova və liseyin bir qrup qabaqcıl müəllimi, 227 və 229 №-li tam orta məktəblərin qabaqcıl müəllimləri və diğər qonaqlar iştirak edirdilər.Tədbirin sonunda qaliblər mükafatlandırılaraq, diplom və hədiyyələrlə təltif edildi. Konfrans şagirdlərin hazırladıqları bədii proqramla yekunlaşdı.