YOL HƏRƏKƏTİ QAYDALARI VƏ YOL NİŞANLARINI ÖYRƏNƏK!!!

20 oktyabr 2015-ci il tarixdə məktəbimizdə Nizami Rayonu Dövlət Yol Polisi əməkdaşları ilə Məktəb Valideyn İcmasının və şagirdlərinin birgə iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə 3a və 7d sinif şagirdləri, eləcə də onların valideynləri iştirak etmişdilər. Mütəxəssislər tərəfindən uşaqlar yol hərəkəti qaydaları ilə tanış edilmiş , onların təhlükəsizliyini təmin etmək məqsədilə əyani vəsaitlər nümayiş etdirilmişdir. Bu vəsaitlər uşaqların marağına səbəb olmuş və uşaqlar öz rəngarəng suallar ilə polis əməkdaşlarına müraciət etmişdilər. Tədbirin sonunda qonaqlar balaca məktəblilərin yol hərəkəti təhlükəsizliyi ilə bağlı hazırladıqları təqdimatlarla tanış oldular.