“SON ZƏNG” TƏDBİRİ QEYD OLUNDU

14 iyun 2017-ci il tarixdə məktəbimizdə ənənəyə uyğun olaraq «Son zəng» tədbiri təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar məktəbdə şagirdlər və pedaqoji kollektiv tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəxriyyə xanım Məmmədova , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri Afiq müəllim və Tahirə xanım, şəhid anası Xətayə ana və məktəb icma nümayəndələri iştirak edirdilər. Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan məktəbin direktoru İlqar Talıbov təhsilə dövlət qayğısından, məzunların təhsildə və məktəbin ictimai həyatında əldə etdikləri nailiyyətlərdən danışdı. Yerli və beynəlxalq olimpiadalarda əldə olunan uğurlarından söhbət açdı.Tədbirdə çıxış edən qonaqlar “Son zəng” münasibəti ilə məzunları təbrik edib, onlara gələcək həyatlarında uğur və nailiyyətlər arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi