"AZƏRBAYCAN GƏNCLƏRİ NARKOTİKLƏRƏ YOX DEYİR"

14 oktyabr 2015-ci il tarixdə Nizami rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilmişdir. Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini G.İsrafilova və Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ə.Axundov iştirak etmişdir. Yekunda hər iki müsabiqənin qalibləri Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlarla təltif olunmuşdur. Məktəbimizin 11a sinif şagirdi ismayılzadə Nərmin Natiq qızı I yerə layiq gorulmuş, diplomla təltif olunmuşdur.