"GƏRƏK NƏBZİN, VƏTƏNİN NƏBZİ İLƏ VURSUN!" ADLI TƏRBİR KEÇİRİLDİ

10 iyun məktəbimizdə 15 İyun Milli Qurtuluş günü və 26 İyun Silahlı Qüvvələrin Yaranması günü münasibəti ilə "GƏRƏK NƏBZİN, VƏTƏNİN NƏBZİ İLƏ VURSUN!" adlı ədəbi-bədii tədbir keçirildi. Tədbir ş Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Şagirdlər Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışına aid müxtəlif şeir, musiqilər səsləndirdilər. Uşaqların birbirindən maraqlı və rəngarəng çıxışları iştirakçılara gözəl ovqat bəxş etdi. Hərbi vətənpərvərlik ruhu tədbirin əsas qayəsi idi. Yüksək əhval ruhiyyə ilə "Şahinlər"imiz səhnəyə qalxaraq marşlarımızı ifa etdilər.Tədbirdə Nizami RİH başçısının müavini Gülnaz İsrafilova, Nizami rayon YAP təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, Nizami raton Səfərbərlik İdarəsinin rəis müavini mayor Mehman Rəhimov , Azərbaycan Qarabağ Əlilləri Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Nizami filialının sədr müavinləri İzzət Şirinov, Qəhrəman Qasımov, Türkiyə Universitetləri məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, jurnalist Seymur Verdizadə, müğənni İlham Əsgəroglu iştirak edirdilər. Sonda iştirakçılara Təşəkkürnamələr təqdim olundu.