CARİ TƏDRİS İLİNDƏ PAKİSTAN MƏKTƏBLİLƏRİ İLƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ SAHƏSİNDƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏMİZƏ YEKUN VURULDU

Cari tədris ilində Pakistan məktəbliləri ilə Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən layihəmizə yekun vuruldu. Məktəbimizi bu layihədə təmsil edən şagirdlərimizin hazırladıqları təqdimatlara cavab olaraq, dostlarımız da Azərbaycan uşaqlarına, müəllimlərinə olan sevgilərini ifadə edən yekun çıxışlarını təqdim etdilər. Bu cıxışları isə həyəcansız izləmək mümkün deyil. Bir çox ideyalarla, biliklərlə, yaradıcılıq uğurları ilə "Xoş gəldin Azərbaycan" fikrini əsas tutan məktəbli dostlarımız bu əlaqələri ən yaxşı Beynəlxalq əməkdaşımız ifadəsi ilə yekunlaşdırmışlar. Başqalarına hörmət, kreativ işlər, bir-birimizə necə kömək etməyimiz İslam həmrəyliyinə ən gözəl nümunədir. Son sözlərini isə belə ifadə etdilər: BÖYÜK, NƏHƏNG SEVGİLƏRİMİZİ AZƏRBAYCAN UŞAQLARINA VƏ MÜƏLLİMLƏRİNƏ DAŞIYIRIQ!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi