1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir və rəsm sərgisi keçirildi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbin həyətində asfalt üzərində və foyedə rəsm işlərinin sərgisi təşkil olundu. Uşaqlar təxəyyüllərinin qəhrəmanlarını asfalt üzərinə və albom vərəqlərinə çəkdilər. Müsabiqənin sonunda qaliblər müəyyənləşdirildi və tədbir konsert proqramı ilə yekunlaşdı. Sərgi ilə bərabər məktəbin IV a sinfinin təşkil etdiyi bayram proqramı da bizlərə gözəl ovqat bəxş etdi. Bu bayram proqramının fərqli bir özəlliyi onda idi ki, dördüncülərimiz öz sevinclərini məktəbəhazırlıq qrupunun uşaqları ilə bölüşürdülər. Estafeti dördüncülərdən qəbul edən balaca fidanlarımız bir-birindən maraqlı və rəngarəng çıxışları ilə onların yolunu davam etdirməkdə inamlı görünürdülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi