TƏLİMƏ DƏSTƏK MƏRKƏZİNİN ƏMƏKDAŞLARININ İŞTİRAKI İLƏ AÇIQ DƏRSLƏR KEÇİRİLDİ

Fəaliyyət planının 1.2.3 və 1.2.5 bəndlərinin icrasını təmin etmək məqsədilə təcrübə mübadiləsi təşkil edilmiş, səriştəli və peşəkar müəllimlərin təcrübəsinin öyrənilməsi həyata keçirilmişdir. Məqsəd tədrisin keyfiyyətinin artırılmasında rəqabətliliyin gücləndirilməsi, qabaqcıl müəllimlərin metodikasının öyrənilməsi və yayılması olmuşdur. 26 may 2017-ci il tarixdə məktəbdə ibtidai sinif müəllimləri Şəlalə Quliyevanın (2-ci sinif, riyaziyyat fənni üzrə) və Səkinə İsmayılovanın (4-cü sinif, həyat bilgisi fənni üzrə) açıq dərsləri keçirilmişdir. Məktəbin direktoru İlqar Talıbovun dəvəti ilə Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi və Mərkəzin bir qrup əməkdaşı həmin dərslərdə iştirak etmiş, dərslər təhlil edilmişdir. Hər iki müəllimə yüksək səviyyəli dərs nümayiş etdirdikləri üçün təşəkkür edilmişdir. Gələcəkdə bu təcrübənin digər ümumtəhsil müəssisələri ilə birgə həyata keçirilməsi nəzərdə tutulur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi