“CONVERSATİON CLUB” LAYİHƏSİ UĞURLA BAŞA ÇATDI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi " Conversation club " layihəsinin uğurla başa çatması münasibəti ilə təqdimat mərasimi keçirildi. Təqdimatda layihə rəhbəri Səkinə Ağalarova, Amerika səfirliyindən Amy Petersen, Britaniya səfirliyində kordinator Gülşən Hüseynova, İngilis dili təlimçisi Mary Catherine, ingilis dili proqramları üzrə mütəxəssis Zülfiyə Şirinova iştirak edirdilər. Üç ay müddətində davam etmiş layihənin iştirakçılarina sonda sertifikatlar təqdim olundu. Layihə iştirakçılarının çıxışları oldu. Onlar da öz növbəsində bu layihədən qazandıqlarl bilik və bacarıqlarını nümayiş etdirməklə bərabər bu təcrübənin gələcəkdə də davam etdirilməsini arzuladılar. İngilis dili müəllimi Solmaz Süleymanovanın rəhbərliyi ilə məktəbimizi təmsil edən şagirdimizdən Aynur və Məhəmmədə çıxış üçün söz verildi. Onlar "Conversation club"un verdiyi danışıq nitqinin daha da mükəmməl bir şəkilə gətirilməsinin gərəkli olduğunu söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi