BİLİK GÜNÜ

15 sentyabr 2015-cı ildə Azərbaycanın bütün orta məktəblərində "Bilik Günü" qeyd edilib. Bizim məktəbdə də bilik günü təntənəli şəkildə qeyd olundu. Şagirdlər saat 08:00-da artıq məktəbin qarşısına toplaşmışdılar. Birinci dəfə məktəbə qədəm qoyan şagirdlərin üzlərindəki ifadədə həm sevinc, həm də həyəcan hissi vardı. Şagirdlərdən çox onları məktəbə gətirən valideynlər, nənələr-babalar sevinirdilər.Tədbir açıq elan edildi və Dövlət Himnimiz səsləndi. Tədbirdə ilk söz məktəbimizin qürurla adını daşıdığı şəhid Namiq Həmzəyevin anası Xətaya anaya verildi. O məktəbliləri təbrik etdi və dövlət başçısına məktəblərə göstərdiyi qayğıya görə təşəkkür etdi. Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini İldırım Mehdiyev yeni dərs ili münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik etdi. Tədbirdə eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sədaqət Musayeva çıxış edərək məktəblilərə yeni dərs ilində uğurlar arzuladı. Tədbir məktəbin direktoru İlqar Talıbovun çıxışı ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi