"GƏL ÇİÇƏKLƏNDİRƏK AZƏRBAYCANI" adlı tədbir keçirildi

6 may 2017-ci il tarixdə məktəbimizdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Ölkəmizin inkişafını, çiçəklənməsini təmin edən məzunlarımızın iştirakı ilə həyata keçirilən ilk genişmiqyaslı tədbir oldu. 238 saylı məktəbin uzaq tarixindən bu günə qədər təhsil almış məzunlarının iştirakı ilə baş tutan tədbirdə dövlətçiliyimizin keşiyində duran, Heydər Əliyev siyasətinə sədaqətlə xidmət göstərən məzunların gəlişi əsl bayram təntənəsinə çevrildi. Məzunlar təhsil illərinin xoş xatirələrini paylaşmaq üçün, həyatda qazandıqları uğurlara görə dəyərli müəllimlərə borclu olduqları üçün, dövlətimizin onlar üçün yaratdığı bu imkanlar üçün minnətdarlıq hissi ilə çıxışlara ara vermirdilər. Məktəbimizin məzunu, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov məktəbin məzunları adından çıxış edərək tədbirin yüksək səviyyədə təşkili üçün məktəb rəhbərliyinə və tədbirin ideya müəllifi Tahirə Quliyevaya minnətdarlığını bildirdi. Sonda qonaqlara məktəbin şagird və məzunlarının iştirakı ilə ədəbi bədii kompozisiya təqdim olundu. Beləcə, məzunlarımızla unudulmaz bir gün yaşadıq....