"9 MAY QƏLƏBƏ GÜNÜ" ADLI TƏDBİR KEÇİRİLDİ

Məktəbin ingilis dili müəllimi Züleyxa Əliyevanın təşkilatçılığı ilə alman faşizmi üzərində qələbənin 72-ci ildönümü ilə bağlı "9 MAY QƏLƏBƏ GÜNÜ" adlı tədbir keçirildi. Tədiri keçirtməkdə məqsəd ikinci Dünya müharibəsi illərində Azərbaycan xalqının həm cəbhə bölgələrində, həm də arxa cəbhədə göstərdiyi böyük qəhrəmanlıq və igidlik nümunələrini yeni nəslə çatdırmaqdır. Tədbir Böyük Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Müharibənin dəhşətli üzünü əks etdirən kadrlar nümayiş olundu. Vətən, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın şərəfinə şeir və mahnılar səsləndirildi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.