"EKOLOJİ AYLIĞA" YEKUN VURULDU

Artıq aprel ayının 1-dən start verilmiş "Ekoloji aylıqlar" çərçivəsində "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusunda keçirilən aylığa yekun vuruldu. Şagirdlərin ay ərzində hazırladıqları əl işlərinə, rəsm işlərinə, foto-stend və divar qəzetlərinə baxış keçirildi, qalib şagirdlər müəyyənləşdirildi. Sonda şagirdlərin yüksək səviyyədə hazırladıqları tədbir oldu. Tədbirdə Ana təbiəti qorumağa çağırışlar səsləndirildi. Ana təbiətin füsünkar gözəlliklərini tərənnüm edən məktəbli dostlarımız maraqlı çıxışları ilə tamaşaçılara xoş anlar yaşatdılar. Tədbirdə iştirak edən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşinin rəhbərliyi altında Mərkəzin əməkdaşları, Respublika Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin şöbə müdiri Beyrək Həsənov və Mərkəzin əməkdaşları şagirdlərin çıxışlarından razı qaldıqlarını minnətdarlıq hissi ilə ifadə etdilər. Tədbir çox gözəl atmosferdə yekunlaşdı, şagirdlərin Azərbaycanın təbiətini, Doğma Qarabağımızı qorumağa çağırışları və mahnıları vətənpərvər ruhda motivə etmələri tamaşaçılara duyğulu anlar yaşatdı
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi