BEYNƏLXALQ RƏSM MÜSABİQƏLƏRİNİN QALİBİ NƏRGİZ ƏMİRASLANLININ RƏSM İŞLƏRİNDƏN İBARƏT FƏRDİ SƏRGİSİ TƏŞKIL OLUNDU

Aprelin 22-də Beynəlxalq rəsm müsabiqələrinin qalibi, məktəbin VI sinif şagirdi Nərgiz Əmiraslanlının rəsm işlərindən ibarət FƏRDİ SƏRGİSİ təşkil olundu. Sərgidə gələcəyin istedadlı rəssamı müxtəlif mövzularda hazırladığı rəsmlər haqqında məlumat verdi. Bu əlamətdar gündə NƏRGİZİN yaradıcılıq uğurlarına ən çox sevinən isə məktəbli dostları idi. Sərgi iştirakçıları, qonaqlar İstedadlı rəssama yaradıcılıq uğurları arzuladı.