IX sinif şagirdlərinin Azərbaycan dili və riyaziyyat fənləri üzrə sınaq qiymətləndirilməsinin monitorinqi aparıldı

Məktəbin fəaliyyət planının 1.1.3.3 və 1.1.3.7 bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə IX sinif şagirdlərinin Ana dili və riyaziyyat fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi, onların pedaqoji-psixoloji cəhətdən buraxılış test imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə sınaq qiymətləndirilməsinin monitorinqi aparıldı. Sınaq yoxlamalarının obyektiv keçirilməsi, və ictimai nəzarətin təmin olunması məqsədi ilə şagirdlərə nəzarət Valideyn İcmasının üzvləri tərəfindən həyata keçirildi. Monitorinqin gedişindən, yaradılmış şəraitdən valideyn və şagirdlər razı qaldilar.