İNGİLİS DİLİNDƏ DANIŞIQ KLUBUNUN ÜZVLƏRİ “EKOLOJİ AYLIQLAR” LAYİHƏSİNƏ DƏSTƏK OLDULAR

"Ekoloji aylıqlar" layihəsi çərçivəsində keçirilən "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusu bu gün ingilis dilində Danışıq klubunun üzvləri tərəfindən müzakirə olundu. Əsil maraq onda idi ki, bu müzakirələri şagirdlərimiz Pakistanlı həmyaşıdları ilə aparırdı. Məktəbimiz Beynəlxalq layihələr çərçivəsində bir neçə xarici ölkə məktəbləri ilə sıx-sıx əlaqə saxlayır. Bu məktəblərdən biri də Pakistanın Şeikhupura şəhərinin 21 saylı məktəbidir. Həmin məktəbin şagirdləri ilə daimi canlı bağlantı yaradılır və onlara Azərbaycan haqqında məlumat verilir. Son bağlantı zamanı vətənimizin gözəl nemətləri olan meyvələr onlara nümayiş etdirildi. Onlar da öz növbəsində bizim şagirdləri öz sərvətləri ilə tanış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi