ŞAGİRDLƏRİMİZ AZƏRBAYCANIN ENDEMİK BİTKİLƏRİNİ ARAŞDIRDI

"Ekologiya və sağlamlıq" aylığının aprel ayı üzrə "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusu araşdırılarkən məktəbin tədqiqatçı bioloqları "Azərbaycanın endemik bitkiləri" ni tədqiq etmişlər.“Azərbaycanın endemik bitkiləri" mövzusunda şagirdlərimizin hazırladıqları təqdimatlar dinlənildi. Şagirdlərimizin Talış meşələri, Naxçıvan, Qarabağ, Şamaxı, Quba zonalarında bitən bitkilərin xüsusiyyətləri, quruluşu, təbabətdə əhəmiyyəti haqqında hazırladıqları təqdimatlar olduqca maraqlı idi. Qarabağımızın incisi Xarı bülbül haqqında əldə olunmuş araşdırmaların təqdimatı zamanı isə şagirdlər daha həyəcanlı idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi