PSİXOLOJİ XİDMƏTƏ DİQQƏT ARTIRILIB

Fəaliyyət planına uyğun olaraq məktəbdə psixoloji xidmətin təşkilinə dair monitorinq davam edir. Monitorinq zamanı I siniflərdə usagın sosial keyfiyyətlərini, umumi məlumatlılıq səviyyəsini, muqayisə etmək bacarıgını, nitqinin inkisafını və məktəbə munasibətini, funksional və intellektual hazirlıgını oyrənmək məqsədi ilə psixodiaqnostik is aparılır. Diqqətlə kocurmək bacarıgını muəyyənləsdirmək məqsədilə “Qrafik imla”, D.B. Elkonun metodikasi ilə qrup səklində test aparilmisdir. Şagirdlərin nümunə ilə işləmək qabiliyyətini, ixtiyari diqqət və qavrayışını yoxlamaq məqsədi ilə qrup şəklində “Evcik” testi aparılmışdır. Ətraf aləm haqqında təsəvvürlərin diaqnostikası, “4- cü artıqdır” testinin aparılmasında məqsəd yaradıcı təfəkkürü inkişaf etdirmək, əşyaları əlamətlərinə görə tanımaq, nitqini və ətraf aləm haqqinda bildiklərini inkişaf etdirmək olmuşdur. III, IV sinif şagirdləri ilə intellekt səviyyələrini öyrənmək məqsədi ilə (QIT) (Qısa intellekt ) testləri, riyazi təfəkkürün inkişaf etdirilməsi ücün ‘’Qanunauygunluqların axtarılması testləri işlənmişdir. Sinif rəhbəri ilə uşaq haqqında anket sorgusu aparilmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi