"ŞAHİN" HƏRBİ İDMAN OYUNLARININ QALİBLƏRİ MÜKAFATLANDIRILDI

05 aprel 2017-ci il tarixdə Daxili Qoşunların "N" saylı hərbi hissəsində "Şahin" hərbi - idman oyununun Nizami rayon mərhələsi keçirilmişdir. Əvvəlcə yarışın təntənəli açılış mərasimi olmuşdur. Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov, YAP Nizami rayon Təşkilatının rəhbərliyi, millət vəkilləri, o cümlədən, rayonun güc strukturlarının rəhbərləri iştirak etmişdir. Dövlət himni səsləndirildikdən sonra Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Mirzəyev geniş çıxış edərək, tədbiri açıq elan etmişdir. Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov çıxış edərək, ürək sözlərini və tövsiyyələrini tədbir iştirakçılarına çatdırmışdır. Həmçinin, digər fəxri qonaqların da çıxışları dinlənildi. Sonra yarışa start verildi. Yarışda tərkiblərində 336 nəfər olmaqla 24 komanda iştirak etmişlər. Yarış iştirakçıları və tamaşaçılar yarışın Nizami rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi altında yüksək səviyyədə təşkil olunub keçirilməsini, həmçinin, düzgün və obyektiv hakimliyi qeyd etmişlər. Məktəbimizin ŞAHİNLƏRİ bu yarışın üçüncüsü olmuşlar. 17 apreldə isə “Şahin” hərbi- idman oyunlarının qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi