"AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİ VƏ BİOMÜXTƏLİFLİYİ" MÖVZUSUNDA TƏDBİR OLDU

Məlum olduğu kimi 2016/2017-ci tədris ilinin aprel ayı "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" aylığı olaraq müəyyənləşdirilmişdir. Aprel ayının tədbirlər planına uyğun olaraq məktəbdə bu mövzuda araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Plana uyğun olaraq bu gün şagirdlərin Azərbaycanın bölgələri üzrə dərman bitkiləri haqqında araşdırmalarının təqdimatı keçirildi. Layihə rəhbəri, məktəbin biologiya müəllimi Ellada Məmmədova təqdimatların hazırlanması üçün şagirdlərin gərgin işini qeyd etdi, aparılan araşdırmaların onlarda tədqiqatçılıq qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərəcəyini bildirdi. Təqdimatların sonunda dinləyicilər şagirdlərin müxtəlif bitkilərdən hazırladıqları ətirli çay nümunələrini içərək təcrübədən keçirdilər.