"RUS DİLİNİ NECƏ ÖYRƏNİRİK" MÖVZUSUNDA DƏRS KEÇİRİLDİ

Nümunəvi dərslərin təşkili rus dili müəllimi Dilbər Məmmədovanın pedaqoji təcrübəsində artıq ənənəyə çevrilib. Müəllimin fərqli siniflərlə fərqli mövzularda keçilən dərsləri həmişə dərin marağa səbəb olub. Aprelin 7-də keçirilən dərs isə müəllimin və şagirdlərinin hesabatı oldu. Bu hesabatı şagirdlər özləri keçirdilər. Öz təlim nəticələrini nümayiş edən şagirdlər ünsiyyət, tətbiqetmə, təqdimetmə kimi bacarıqlarını nümayiş etdirərək, məzmun standartlarının nəticələrinə uyğun fəaliyyətləri reallaşdırdılar. BİZ RUS DİLİNİ NECƏ ÖYRƏNİRİK? mövzusu öyrədilərkən şagird fənn kurikulumunun tələblərinə uyğun olaraq, yeni təlim texnologiyalarından istifadə etməklə tapşırıq xarakterli müraciətlərə əməl etməyi, ünsiyyət qurmağı və ilkin oxu bacarığına yiyələnməklə eyni zamanda bu sahədə zəruri vərdişlər qazanır. Qeyd olunan mənəvi zənginliyini şagirdə aşılamaqla onun təfəkkür qabiliyyətinin inkişafını təmin edir, tərbiəyədə ünsiyyət, oyun, təlim, əmək vasitələrindən istifadənin səmərəsini artırır. Savad təlimi dedikdə rus əlifbasında olan 33 hərfi tanımaq, onların köməyi ilə oxumağı və yazmağı öyrənmək kimi başa düşürük. Şagirdlər öz təqdimatlarında savad təlimini necə mənimsədiklərini bu dərs vasitəsi ilə nümayiş etməklə bilik və bacarıqlarını nümayiş etdilər.Şagirdlərin nümayiş etdirdikləri bacarıqlar dərsi dinləyən Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi və Mərkəzin digər əməkdaşları, eləcə də Azərbaycanın Təhsil İnstitutunun əməkdaşları Aida Qasımova və İnarə Cəfərova tərəfindən yüksək qiymətləndirildi. Sonda qonaqlar dərs haqqında təsüratlarını bölüşərək, məktəbin yaradıcı müəllimləri ilə fikir mübadiləsi apardılar.