Nizami rayonunda məktəblilər arasında stolüstü tennis yarışı keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən məktəblilər arasında stolüstü tennis yarışı keçirilib. Yarışın açılışında çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, məktəbimizin direktoru İlqar Talıbov və başqaları ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan idmançılarının beynəlxalq arenalarda ardıcıl qələbələr qazandıqlarını deyiblər. Bildirilib ki, bu uğurlar nəticəsində Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır.Çıxışlardan sonra yarışa start verilib.İyirmi məktəbin komandasının iştirak etdiyi yarış Olimpiya sistemi üzrə keçirilib. Yarışda yüksək əzmkarlıq nümayiş etdirən komandamız müvafiq olaraq birinci, ikinci yerləri tutublar.Qaliblər medal və diplomlarla mükafatlandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi