Xocalı Ponoramı

BŞTİ-nin müdir səlahiyyətlərini müvəqqəti yerinə yetirən, nazir müavini C.Bayramovun müvafiq əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 23 –cü ildönümünün keçirilməsi barədə tədbirlər planına “ uyğun olaraq 25.02.2015-ci il saat 11.00-da məktəbdə “Xocalı ponoramı” adlı ədəbi-bədii kompozisiya keçirilmişdirdir. Tədbirlər planına uyğun olaraq "Xocalı faciəsi" mövzusunda şagirdlərin rəsm sərgisi, əl işləri və sinif bulletenləri nümayiş etdirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Şirindil Əhmədov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, Nizami RİH-nin başçısı Tahir Budaqov, Nizami Rayon Güc strukturlarının rəhbərləri, İctimai Təşkilatların nümayəndələri, Nizami rayonunda məskunlaşan Xocalı rayon sakinləri, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, Media mənsubları iştirak etmişdilər. Mövzu üzrə maraqlı rəsmlər və aşağı sinif şagirdlərinin hazırladıqları əl işləri iştirakşıların böyük marağına səbəb olmuşdur. Nümayiş olunan fashmob iştirakçıların diqqətini xüsusilə cəlb etmişdi.https://www.youtube.com/watch?v=8Y0Mq7GQFWw&feature=youtu.be