"31 Mart-Azərbaycanlıların Soyqırımı Günü" anıldı

Bu gün məktəbdə "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş rəsm sərgisi keçirildi. Ermənilərin son iki əsrdə öz havadarlarının köməyi ilə xalqımıza qarşı davamlı olaraq soyqırımı siyasətini şagirdlər öz rəsmlərində əks etdirmişdilər. Məkrli ermənilərin 1918-ci ildə respublikada soydaşlarımızı qətlə yetirərək etnik təmizləmə siyasəti həyata keçirməsinin əsl mahiyyəti ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılıb. Ermənilərin Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasəti dərindən təhlil edilib və ona ilk dəfə siyasi qiymət verilib. Azərbaycan tarixinə işıq salan bu tarixi sənədə uyğun olaraq, hər il ölkədə martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü" kimi yad olunur.