“NARAHAT ŞAİR”

Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illik yubileyi münasibətilə məktəbimizdə 5d sinif şagirdlərinin iştirakı ilə “NARAHAT ŞAİR” adlı tədbir keçirildi.Tədbirdə şairin şeirləri şagirdlər tərəfindən səsləndirildi. Şairin sözlərinə yazılmış mahnıların məktəblilər tərəfindən ifası tamaşaçıların böyük marağına səbəb oldu. Tədbirin sonunda məktəbin direktoru Talıbov İ. Öz çıxışında bildirdi ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi. Ona görə də hər bir məktəbli Bəxtiyar Vahabzadə yaradıcılığı ilə tanış olmalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi