Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakultəsinin IV kurs tələbələri ilə birgə “NOVRUZ BAYRAMI” adlı tədbir keçirildi

Məktəbimizdə pedaqoji təcrübə keçən, Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakultəsinin IV kurs tələbələri NOVRUZ BAYRAMINI məktəbin şagirdləri ilə birgə qeyd etdilər. Tədbir pedaqoji təcrübəyə gələn tələbələrin, metodist müəllim Ellada Mirişovanın və tədbirin təşkilatçısı Anar Səfərovun dəstəyi ilə baş tutdu. Tədbirdə şagirdlərin və tələbələrin birgə iştirakı ilə maraqlı Novruz səhnəcikləri, milli və xarici rəqslər ifa olundu. Kosa və kecəlin dadlı-duzlu, məzəli söhbətləri tamaşaçıların alqışları ilə qarşılandı. Daha maraqlı və yaddaqalan isə pedaqoji təcrübə qazanan sabahimizin müəllimlərinin eyni zamanda sinifdənxaric, məktəbdənkənar sahədə də təcrübə qazanmaları oldu.