Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku keçirilib

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb. Ölkəmizi təmsil edən, məktəbimizin XI sinif şagirdi Günel Bəkirzadə (57 kq), bürünc medal qazanıb. Beləliklə yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2- ci yeri tutub. İdmancılarımızı təbrik edir, Azərbaycan bayrağını hər zaman zirvələrdə dalğalandırmalarını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi