“XOŞ GƏLDİN NOVRUZUM” adlı tədbir keçirildi

15 mart 2017-ci ildə məktəbimizin həyətində Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin müəllimi Tahirə Məmmədovanın rəhbərlik etdiyi ''Uşaq teatr studiyası''nın üzvlərinin iştirakı ilə “XOŞ GƏLDİN NOVRUZUM” adlı tədbir keçirildi. Novruz bayramına həsr olunmuş tədbirdə studiyanın üzvü olan şagirdlərimiz tərəfindən müxtəlif milli və beynəlxalq rəqslər ifa olundu, Novruz bayramını özündə təcəssüm etdirən səhnəciklər nümayiş etdirildi. Tədbirin sonunda Tahirə xanım məktəb kollektivinə öz təşəkkürünü bildirdi.