Şəhidlik bir zirvədir.

Dekabrın 25-də məktəbin qürurla adını daşıdığı şəhid Namiq Həmzəyevin anadan olmasının 55-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhidin xatirəsinə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı sənədli film nümayiş olunub. Filmdə Namiqin keçdiyi qısa və şərəfli həyat yolu haqqında danışılıb.
Çıxışlarda yaşından asılı olmayaraq hər bir məktəbliyə gələcəyin vətəndaşı olaraq bu həyat yolunu unutmamağı və Namiq kimi oğullardan vətənə, torpağa, xalqa olan sevgini öyrənmək tövsiyə olunub.